Azərbaycanda daha üç audit şirkətinə müddətli lisenziya verilib

Auditorlar Palatası daha üç audit şirkətinə yeni, müddətli lisenziya təqdim edib. SİA Palataya istinadən xəbər verir ki, “PRİVATE AUDİT” MMC-yə 4 avqust 2025-ci ildən 4 avqust 2030-cu ilədək qüvvədə olmaqla AT/349 saylı auditor sertifikatı verilib. Şirkətin direktoru Nəsibova Əhmədova Nazirə Səməd qızıdır.

Bundan başqa, “AUDİT REPORTS AND CONSULTİNG” MMC-yə 6 avqust 2025-ci ildən 6 avqust 2030-cu ilədək qüvvədə olmaqla AT/350 saylı auditor sertifikatı təqdim olunub. Şirkətə Qaflanov Ceyhun Bayram oğlu rəhbərlik edir.

Həmçinin, “TRUST CONSULTİNG AND TRAİNİNG” MMC-yə 13 avqust 2025-ci ildən 13 avqust 2030-cu ilədək qüvvədə olmaqla AT/352 saylı auditor sertifikatı verilib. Şirkətin direktoru İsrafilov Etibar Nizaməddin oğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə