2025-ci il iyul ayının 1-nə olan vəziyyətə əsasən, Azərbaycanda fəxri adlara görə 4 min 716 nəfər təqaüd alır. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Belə ki, onlardan 246-sı "Xalq" fəxri adına, 4 min 470-i isə "Əməkdar" fəxri adına görə təqaüd alır.
Qeyd edək ki, "Xalq" fəxri adına görə təyin olunan təqaüdün məbləği 200 manat, "Əməkdar" fəxri adına görə isə 150 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə