Göygöldə Aqrar Biznes Festivalı keçiriləcək

Avqustun 15-17-də Göygöl rayonunda Milli Yaylaq Festivalı çərçivəsində Aqrar Biznes Festivalı keçiriləcək. Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, festival Göygöl rayonu Xan yaylağında baş tutacaq.

Xatırladaq ki, Milli Yaylaq Festivalı ötən il də Göygöl rayonunda keçirilib. Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılır. Burada yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, Cıdır meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələr mövcuddur.

Etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənlikləri olacaq. Festivalda ölkəmizdən və xaricdən çoxsaylı qonaqların iştirakı gözlənilir. Festival şərti olaraq üç hissədən ibarətdir: mədəni-etnoqrafik hissə, milli yaylaq (idman) oyunları və eko-etnoturizm.

Qeyd edək ki, festivalın ilki 2019-cu ildə Gədəbəy rayonunda, ikincisi 2022-ci ildə Göygöl rayonunda keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə