Binə qəsəbəsinin bir sıra hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsinin bəzi hissələrində avqustun 1-də elektrik naqilləri yenilənəcək.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək Binə Sovxoz adlanan yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Gücləndirmə işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Həmçinin Lənkəranda da təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Payız-qış mövsümünə hazırlıq tədbirləri ilə əlaqədar Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bir sıra 10 kV-luq hava xətlərində avqustun 1-də təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Cil, Xarxatan, Küvənil, Şağlaser, Viravul, Viyən kəndləri, Aşağı Nüvədi, Gərmətük qəsəbələri, saat 14:00-dan 16:00-dək Vilvan, saat 14:00-dan 16:30-dək Xolmili, Kənarmeşə, Moğonojoba, Seyidəkəran, Şıxakəran, Şürük, Türkəkəran, Tütəpeştə kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə