Azərbaycan və Fransa şirkəti əməkdaşlığı müzakirə edib

Azərbaycan və Fransanın "IB2" şirkəti arasında alüminium sənayesi üzrə əməkdaşlıq imkanları müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“IB2" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Romen Jirbal ilə görüşdük. Təbii resurslardan səmərəli istifadənin, xammalın diversifikasiyasının və istehsalda dayanıqlı texnologiyaların tətbiqinin iqtisadiyyatda strateji əhəmiyyətini vurğuladıq, alüminium sənayesi üzrə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını nəzərdən keçirdik”,- deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə