Gündəlik kreditlərlə bağlı yeni TƏLƏBLƏR

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, BOKT-ların verdiyi gündəlik kreditlərə dair aşağıdakı tələblər müəyyənləşdirilib:

- milli valyutada verilir;

- maksimum məbləği 500 manatdır;

- gündəlik faiz dərəcəsi maksimum 0,3 %-dir;

- qaytarılma müddəti maksimum 45 gündür;

- gecikdirilmiş ödənişlərlə bağlı tətbiq edildikdə, gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır;

- kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100 %-dən çox olmamalıdır;

- gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır;

- təminatı qismində daşınmaz və ya daşınar əmlak çıxış etmir;

- restrukturizasiya olunmur;

BOKT-ların risk iştahasına uyğun olaraq kredit risklərinin idarə edilməsi siyasətini Müşahidə Şurası (Himayəçilik Şurası) təsdiq etməlidir.

BOKT kredit risklərinin monitorinqini təmin edən müvafiq qaydalara və informasiya sisteminə malik olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə