Aqroparklarda ərzaqlıq buğda istehsalının həcmi açıqlanıb - SƏDR AÇIQLADI

"Bu il Azərbaycanda fəaliyyət göstərən aqroparklarda 145 min ton ərzaqlıq buğda istehsalı proqnozlaşdırılır". SİA xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zamir Dibirov qurumun 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, 2021-2022-ci illər ərzində aqroparklarda 147 min hektar torpaq sahəsi əkin növbəsinə cəlb edilib: "Bunların 16,4 min hektarında təkrar əkinlər aparılıb. Əsas yanaşma suvarma suyuna qənaət edilməsi və müasir suvarma sistemlərinin tətbiqidir. Ötən il aqroparklarda 156 min ton buğda istehsal edilib ki, bunun da 89 min tonu ərzaqlıq buğda olub".

Bütün xəbərlər Facebook səhifəmizdə