Qeyri-neft sektoru üzrə vergi daxilolmaları 27%-dən çox artıb

2022-ci ildə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 15541,5 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 3801,5 mln. manat və ya 32,4 faiz, 2021-ci illə müqayisədə isə 7012,3 mln. manat və ya 82,2 faiz çoxdur. SİA xəbər verir ki, bu barədə 2022-ci il üzrə Azərbaycan Respublikasının dövlət və icmal büdcəsinin icrasına dair məlumatda bildirilib. Qeyd edilib ki, həmin vəsaitin 52,0 faizi və ya 8082,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 362,8 mln. manat və ya 4,7 faiz, 2021-ci illə müqayisədə isə 1739,9 mln. manat və ya 27,4 faiz çox olub.

Bütün xəbərlər Facebook səhifəmizdə