Büdcə kəsirinin ÜDM-yə nisbəti 1,0 faiz təşkil edib

2022-ci ildə dövlət büdcəsinin kəsiri 3106,0 mln. manat proqnoza qarşı faktiki olaraq 1402,8 mln. manat təşkil etməklə proqnozdan 1703,2 mln. manat və ya 54,8 faiz az olub. SİA quruma istinadən xəbər verir ki, büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1,0 faiz (proqnoza nisbətən 1,7 faiz-bənd az) təşkil edib.

Kəsirin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (259,7 mln. manat), daxili və xarici borclanma (976,3 mln. manat), dövlət əmlakının özəlləşdirməsindən (115,4 mln. manat) daxil olan vəsait, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 51,4 mln. manat vəsait hesabına həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə