"2023-cü ildə inflyasiyanın azalması proqnozlaşdırılıb" - DEPUTAT AÇIQLADI
“2023-cü ildə qiymət artımlarının 2022-ci ilə nisbətən azalacağı gözlənilir. Nəzərə alsaq ki, Mərkəzi Bank 2023-cü ildə 6,9% inflyasiya proqnozlaşdırıb, hansı ki 2022-ci ildə 14%-ə yaxın olub”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov səsləndirib.
Onun sözlərinə görə, bu ondan xəbər verir ki, gələn il 2022-ci illə müqayisədə nəinki Azərbaycanda, qlobal olaraq dünyada inflyasiyasiya səviyyəsinin azalacağı gözlənilir: “Bu baxımdan 2023-cü ildə həm anti-inflyasiya tədbirləri, həm də qlobal bazarda aparılan müşahidələr fonunda inflyasiyanın azalması böyük ehtimaldır. Bununla yanaşı, 2023-cü ildə dövlət büdcəsinin xərclərinin 15,2 milyard manatı və ümumi xərclərin 46%-ə yaxın bir hissəsi sosial istiqamətə yönəldiləcək. 2023-cü il sosial təminat baxımından vacib il hesab olunur. Bir tərəfdən sosial xərclərin artması, digər tərəfdən inflyasiyanın aşağı düşməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından da yeni imkanlar yaradacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB