"Müharibə hər iki ölkənin iqtisadiyyatına mənfi təsir göstərdi" - İQTİSADÇI EKSPERT İZAH ETDİ

"Rusiya ilə Ukrayna arasında gedən müharibədə hər ki ölkənin iqtisadiyyatına çox ciddi zərər dəydi". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, Ukrayna ərazisinin təqribən 14-15 faizi işğal altına düşmüşdür. Həmin ərəfədə də ölkədə baş verən dağıntılar iqtisadiyyatın çökməsinə, Ukrayna əhalisinin bir çox hissəsinin məcburi öz yerlərini tərk etməsinə gətirib çıxarmışdır. Ukrayna əhalisinin bir çox hissəsi Avropa ölkələrinə və hətta Azərbaycana gəlmişdir və bununda nəticəsi olaraq Ukraynada işçi qüvvəsinin kəskin azalması müşahidə olundu.

Ekspert sözlərinə davam edərək bildirib ki, Rusiyaya qarşı olan sanksiyalar onların iqtisadiyyatına çox ciddi zərər verib. "Bildiyimiz kimi Rusiyaya qarşı tətbiq olunmuş cərimə sanksiyalar nəticəsində artıq bir çox xammal maddələrinin, bir çox sahələrin və xarici investrların fəaliyyəti dayanmağa başladı. "MC Donalds" kimi və başqa dünya brendləri hətta avtomobil şirkətlərinin müharibəyə görə fəaliyyətini dayandırması Rusiya iqtisadiyyatına öz mənfi təsirini göstərdi. Ukraynada bir müddət əvvəl qida məhsulları və ümumi tələbat məhsulları istehsal edirdilər, lakin bu müharibəyə görə artıq onlar da dünya bazarına çıxa bilmədilər. Ümid edirik ki, hər iki ölkə arasında sülh imzalanar və yenidən ölkələrin iqtisadiyyatında canlanmalar baş verər".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə