Aparıcı Könül Muxtarovanın ailəsində ağır itki üz verib. SİA-nın məlumatına görə, aparıcı nənəsini itirib. Bu haqda Könülün özü məlumat yayıb: "Ən yaxın rəfiqəm, sirdaşım, başımın tacı nənəmi itirdim. Xəstə yatağında olsa da, nəzarəti üzərimdə iti. İndi kim məni hamıdan qoruyacaq? Bircə rahatladığım son anında halallaşmağımız oldu. Soyuqdan qorxan nənəm indi soyuq torpaqda yatırsa, daha mənə heç kim və heç nə maraqlı deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə