Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb. SİA xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi qərar qəbul edib.
Vəsatətlə çıxış edən prokuror bildirib ki, Köçəryan azadlığa buraxılacağı təqdirdə ibtidai istintaqın gedişinə mane ola bilər. Hakim vəsatəti qəbul edib.
Qeyd edək ki, məhkəmə bundan əvvəl Robert Köçəryanın oğlu Sedrak Köçəryanın da həbs müddətini iki ay uzadıb.
Xatırladaq ki, 2026-cı ilin avqustunda Ermənistan Baş Prokurorluğu Robert Köçəryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və çirkli pulların yuyulması ilə bağlı doqquz epizod üzrə cinayət təqibinə başlayıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB