Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo barədə yeni məlumat ortaya çıxıb. “Forbes” jurnalının məlumatına görə, “Əl-Nəsr”in ulduz hücumçusu 2 milyard dollar qazanan ilk futbolçu kimi tarixə düşüb. Bunun təkcə Ronaldonun müqavilələr üzrə maaşına deyil, həm də digər gəlir mənbələrinə aid olduğu vurğulanır.
41 yaşlı Kristiano Ronaldonun 2026/2027 mövsümünün sonuna qədər “Əl-Nəsr”lə müqaviləsi var.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB