Fərhat Göçərin Heydər Əliyev Sarayında konserti keçirilib

Fərhat Göçərin Heydər Əliyev Sarayında konserti keçirilib

Eyyub Hüseynzadənin təşkilatçılığı ilə artıq dördüncü dəfə Bakıya gələn Fərhat Göçerin möhtəşəm konserti keçirilib.

“İlk növbədə, mühüm bir məqamı qeyd etmək istəyirəm. Azərbaycan ilə Türkiyə arasındakı güclü qardaşlıq münasibətləri əsrlərə söykənən dərin tarixi köklərə malikdir. “İki dövlət, bir millət” anlayışına əsaslanan bu münasibətlər hər xalqa və hər ölkəyə nəsib olmayan qədər möhkəm, köklü və möhtəşəm qardaşlığın ən gözəl nümunələrindən biridir”

SİA xəbər verir ki, bu sözləri türk müğənnisi Fərhat Göçer konsert öncəsi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər yalnız siyasi və diplomatik əməkdaşlıqla məhdudlaşmır. Bu bağ ortaq tariximizdən, dilimizdən, mədəniyyətimizdən, mənəvi dəyərlərimizdən və xalqlarımızın bir-birinə bəslədiyi səmimi sevgidən qaynaqlanır. Tarixin müxtəlif dövrlərində yaşanan çətinliklər, sınaqlar və mühüm hadisələr iki xalq arasındakı qardaşlıq əlaqələrini daha da möhkəmləndirib. Hər iki xalq sevincdə və kədərdə bir-birinin yanında olmağı, ortaq dəyərlərini qorumağı və gələcəyə birlikdə addımlamağı hər zaman əsas prinsip kimi qəbul edib.

Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin ən mühüm xüsusiyyətlərindən biri qarşılıqlı etimada, səmimiyyətə və ortaq maraqlara əsaslanmasıdır. Bu münasibətlər dövlət başçıları səviyyəsində həyata keçirilən əməkdaşlıqla yanaşı, xalqlarımız arasında mövcud olan mənəvi yaxınlıq sayəsində də möhkəmlənir. İki ölkə arasında iqtisadiyyat, enerji, nəqliyyat, müdafiə, təhsil və mədəniyyət sahələrində inkişaf edən əməkdaşlıq qardaşlığımızın konkret nəticələrini nümayiş etdirir.

Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən Türkiyənin göstərdiyi dəstək iki ölkə arasındakı münasibətlərin tarixi əhəmiyyətini bir daha ortaya qoyub. Eyni zamanda, Azərbaycanın çətin dövrlərində Türkiyənin nümayiş etdirdiyi həmrəylik, Azərbaycan xalqının isə Türkiyənin üzləşdiyi çətinliklərə və yaşadığı acılara göstərdiyi həssaslıq bu qardaşlığın yalnız sözlərdən ibarət olmadığını təsdiqləyib. Bu qarşılıqlı dəstək ortaq keçmişimizin olduğu kimi, gələcəyə yönəlmiş ümumi məqsədlərimizin də göstəricisidir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə