Hörmüz boğazında iki tanker dəniz minasına çırpılıb- SEPAH

Hörmüz boğazında iki tanker dəniz minasına çırpılıb- SEPAH

Hörmüz boğazının cənub sahilində iki tanker dəniz minasına çırpılıb. SİA xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, qaydaları pozaraq Hörmüz boğazının cənub marşrutundan keçməyə çalışan iki supertanker dəniz minasına çırpılıb və partlayış baş verib.

Gəmi heyətinin hadisədən sonra göyərtəni tərk etdiyi vurğulanıb. Qeyd olunub ki, tankerlər ümumilikdə 4 milyon 500 min bareldən çox xam neft daşıyırmış.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə