Nurməhəmməd Əndəlibinin “Şeirlər, poemalar, dastanlar” kitabının təqdimatı keçirilib
Bu gün M. F. Axundov adına Milli Kitabxanada böyük türkmən şairi və mütəfəkkiri, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Nurməhəmməd Əndəlibinin "Şeirlər, poemalar, dastanlar" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc, Türkmənistanın səfiri Toyly Komekov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və başqaları iştirak edib.
Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq N. Əndəlibinin yaradıcılığından bəhs edib: "Onun türkmən ədəbiyyatı qarşısında xidmətləri ölçüyə gəlməzdir. Hər şeydən əvvəl o, türkmən ədəbiyyatının və ədəbi yazı dilinin banisidir. O əsərlərini uşaqlıqdan bəri sevə- sevə dinlədiyi milli- məhəlli dastanların təsiri altında türkmən dilində yazmaqla bir ilki gerçəkləşdirib".
Daha sonra mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev bildirib ki, ədibin Türkmən ədəbiyyatında xüsusi yeri olub.
Türkmənistanın səfiri T. Komekov öz çıxışında son bir il ərzində azərbaycanlı türkoloq Ramiz Əskər tərəfindən üçüncü türkmən şairinin əsərlərinin Azərbaycan dilində tərcümə olunub, çap olunduğunu qeyd edib.
Kitabın müəllifi BDU-nun Filologiya fakültəsinin Türkoloji araşdırmalar elmi- tədqiqat laboratoriyasının işçisi, türkoloq Ramiz Əskər ədibin yaradıcılığından danışarkən onun türkmən ədəbiyyatının banisi olduğunu vurğulayıb.
Tədbir iştirakçıları sonda Əndəlibinin həyat və yaradıcılığına həsr olunan kitab və dövrü mətbuat materiallarını əhatə edən sərgi ilə tanış olublar.
Məlumat üçün bildirək ki, kitabda bu il anadan olmasının 350 illiyi tamam olan böyük türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Nurməhəmməd Əndəlibinin seçilmiş əsərləri toplanıb. Kitab 31 mart- 4 aprel 2009-cu ildə İstanbulda TÜRKSOY tərəfindən təşkil olunan "Türk ləhcələri arasında uyğunlaşdırma çalışmalarının bugünki durumu və qarşılaşılan problemlər" mövzusunda Beynəlxalq simpoziumun tövsiyyələrinə və yekun bəyannaməsinə uyğun olaraq nəşr edilib.
Kitab AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olub.
Qeyd edək ki, toplu Mədəniyyət və Turizm Nazirliyi, Türkmənistanın Azərbaycandakı səfirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə çap olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB