"Fikrət Əmirovun əsərlərini ifa etmək böyük xoşbəxtlikdir" - XALQ ARTİSTİ DANIŞDI

"Fikrət Əmirov öz əsərləri ilə ilahiləşib. Hər zaman xalq üçün yaşayıb-yaradan bir şəxs olub". SİA xəbər verir ki, bu sözləri bəstəkar Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə keçirilən “Azərbaycanın Görkəmli Şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Fikrət Əmirov. Biblioqrafiya” kitabının və F.Əmirovun “Qaboy və fortepiano üçün altı pyes” not məcmuəsinin təqdimat mərasimində Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev deyib.

Xalq artisti bildirib ki, Fikrət Əmirov mənəvi baxımdan çox zəngin insan idi: "Mən özüm də onun əsərləri ilə böyümüşəm. Onunla görüşdükdə düşündüm ki, onu görmək böyük xoşbəxtlikdir. Daha sonra başa düşdüm ki, əsərlərini ifa etmək daha böyük xoşbəxtlik imiş. Onun əsərlərini sevə-sevə ifa etmişəm. Fikrət Əmirovun əsərləri muğamdan başlayıb, muğama qayıdır. Vətən eşqini əsərlərində ifadə edənlər dahi şəxsiyyətlərdir. Ona görə biz Fikrət Əmirova dahi deyə bilirik. F.Əmirov bəstəkarlığın sütununda dayananlardandır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə