Ermənistan daxilində ictimai-siyasi qarşıdurmalar ola bilər - TƏHLİL

Məlum olduğu kimi, Ermənistan KİV-ləri Azərbaycanın ərazi bütövlüyünün rəsmi Yerevan tərəfindən tanınması məsələsi ilə bağlı növbəti dəfə şivən qoparıblar. Ermənistan KİV-ləri ölkə hökumətini "müstəqil Qarabağın" mövcudluğunu nəinki hüquqi baxımdan tanımamaqda, hətta, faktiki olaraq onu Azərbaycanın tərkib hissəsi saymaqda qınayırlar.

"Armenia Today" internet-nəşrinin yazdığına görə, Ermənistan Xarici İşlər Nazirliyinin saytındakı xəritələrin birində Dağlıq Qarabağın, hətta, sərhədləri belə göstərilməyib, onun bütün ərazisi isə Azərbaycanın tərkibində təsvir olunub. Sayt yazır ki, həmin xəritəni sürətlə tapmaq üçün "ssılkaya" basıb Geography-nin bölməsinə daxil olmaq kifayətdir. Nəşrin yazdığına görə, Ermənistan xarici siyasət idarəsinin saytında oyuncaq və separatçı "DQR" rejiminin əks olunmadığı xəritənin yerləşdirilməsi əsl hörmətsizlikdir və Ermənistan XİN-in "DQR-in müstəqilliyi" faktına əsl münasibətini əyani nümayiş etdirir. "Armenia Today" yazır: "Bir halda ki, başçılıq etdiyi idarə Qarabağı artıq Azərbaycanın tərkibində göstərmişdir, onda Dağlıq Qarabağa dair danışıqlar prosesində erməni tərəfini Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın təmsil etdiyi danışıqlardan nə gözləmək olar?".

Göründüyü kimi, artıq təcavüzkar dövlətin daxilində mətbuatla dövlət strukturlar arasında kəskin qarşıdurmalar yaşanır. Əlbəttə ki, bu qarşıdurmanın məhz, böyük bir problem üzərində qurulması daha dərin məqamlardan xəbər verir. Yəni, Ermənistan Azərbaycanın torpaqlarını Rusiyanın dəstəyilə işğal etməsinə baxmayaraq, hələ də konkret addımlar atmaqdan çəkinir.

Təbii ki, Ermənistan zaman-zaman Dağlıq Qarabağın "müstəqilliyini" tanımaq barədə əsassız bəyanatlar versə də, bunun nəyə hesablandığını anlamaq o dərəcədə də çətin olmur. Müəyyən kampaniyalar ərəfəsində siyasai kapital qazanmaq məqsədilə kriminal hakimiyyət Dağlıq Qarabağ kartın istifadə edir, Ermənistan daxilində manipulyasiya ilə məşğul olur.

Bu və ya digər məsələləri ümumilikdə təhlil etdikdə görərik ki, Ermənsitan nə üçün Dağlıq Qarabağın "müstəqilliyini" tanımaqdan imtina edir.

Birincisi, Ermənistan Dağlıq Qarabağı Rusiyanın dəstəyilə işğal etdiyindən söz sahibi qismində də çıxış etmir.

İkincisi, Rusiyanın forpostuna göstərişi olmadan, hər hansı bir addım atılmır.

Üçüncüsü, hərbi diktatura Ermənistanda hakimiyyətini əldə saxlamaq üçün Dağlıq Qarabağ problemindən istifadə edir.

Dördüncüsü, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa, o zaman ekstremizmin, separatçılığın dəstəkçisi olduğunu bütün dünyaya sübut etmiş olar və s.

Digər tərəfdən isə qeyd edək ki, ermənilərin vay-şivəni əbəsdir. Çünki, beynəlxalq qurumların və dövlətlərin çoxsaylı qətnamələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bir sözlə, Ermənistan qarşıdurmaların yaranması üçün əlverişli zəmin yaranıb. Həm sosial şəratin dözümsüzlüyü, həm də Irəvanın dünya siyasətin sadəcə buyruq yerinə yetirən dövlət kimi çıxış etməsi sadə ermənilərin səbr kasasını doldurub. Ona görə də, Ermənistanda ictimai-siyasi müstəvidə qarşıdurmaların olması labüddür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...