Tramp Amerikanın “maskasını” yırtır…

Uzun müddətdən sonra, qələmimin pasını Donald Trampla bağlı yazı yazmaqla siləcəyimi heç yuxuma da gətirməzdim. Amma nə qədər nağılvari görünsə də, atalar əla deyib ki, "sən saydığını say, gör fələk nə sayır". Ya da gör ABŞ-ın "dərin dövləti" nə sayır. O "dərin dövlət" ki, tarixin istənilən məqamında ən dəhşətli sürprizlərə imza atıb. Həm də Trampın kresloya oturar-oturmaz son addımları, "dəlidən doğru xəbər" məsəlini də yenidən yaddaşlarda təzələyir. Adam, son fərmanları ilə, ABŞ-ın əsl siyasi "maskasını" corab hörüyü kimi sökməyə başlayıb... Gerçəkdən, hər kəs noyabr seçkilərində qutudan, əri bir vaxtlar həmin bu Ağ Evdə Monika Levinski ilə min bir "oyundan" çıxan Hillari Klintonun çıxacağını gözləsə də, bunun tam əksi baş verdi. Dəli-dolu Donald Tramp anidən "sürpriz" kimi oldi Ağ Evin sahibi. Sözsüz ki, burda "demokratiyanın beşiyi olan" ABŞ-da seçki qutularından azad seçiçi iradəsinin qalib gəldiyi, amerikalıların da Ağ Evdə qaradərili prezident görməkdən bezib sarışın saçlı D.Trampa səs verdikləri barədə uzun-uzadı nağıllara inanmaq mənlik deyil. Mən, real, praqmatik siyasətə, gün kimi aydın olan həqiqətlərə inanıram. Ruslar demişkən, "propaqanda" ilə bəzədilmiş nağıllara inanmaq dövrü çoxdan keçib gedib.

Bu gün bütün dünyanın muzakirə etdiyi məsələ, D.Trampın müsəlman ölkələrindən olan insanları ABŞ-a buraxmaması ilə bağlı qol qoyduğu qərardır. İlk növbədə baxanda burda o qədər də qeyri-adi heç nə yoxdur. D.Tramp administrasiyası bu qərarı onunla əsaslandırır ki, ABŞ-ın təhlükəsizliyi ilə bağlı ciddi problem var, hər an terror ola bilər, və sairə və sairə... Farslar demişkən, "ağa, xub". Bunu anladıq. Amma niyə ABŞ-ı bu qədər əndişəyə salan miqrant qorxusu belə şəkil alıb ki, İvanka Tramp kimi gözəlin dost-doğma atası qarabala Obamanın kreslosuna oturar-oturmaz belə qərar imzalayır?. Hə, elə əsas məsələ də budur. Biz azərbaycanlılarda gözl atalar zərb məsəl var: "Nə tökərsən aşına, o çıxar qaşığına". Gör əvvəlki ABŞ prezidentləri və amerika "dərin dövləti" neçə illərdir ki, Şərqdə nə "zibillər" törədiblər ki, milyarder dəlisov D.Tramp işə başlayan kimi, ilk işi ABŞ-ı müsəlmanlardan çəpərləmək oldu. Bəli, neçə illərdir ki, yalançı, həttda təhqredici şəkildə bu gün ABŞ-a girməyə qadağan qoyduqları İraq, Suriya, Liviya,Yəmən xalqlarına olmayan "demokratiya" gətirəcəkləri adı altında bu torpaqları viranəyə çevirdilər, insanlarını qurşuna düzüb, itlərə yedizdirdilər. Səddam Hüseynin heykəlini yıxıb bayram edən iraqlı bədbəxtlər, sonra amerikan itlərinin təhqir olunmuş yeminə çevrildilər. Müəmmar Qəddafini yaralı-yaralı küçələrdə ələ salıb təhqr edən, ondan qurtulacaqları üçün uşaq kimi sevinən zavallı liviyalılar, indi tayfa-tayfa bölünüb bir-biri ilə savaşır, ən əsası da həmin Qəddafinin atasına rəhmət oxuyurlar. M.Qəddafinin vaxtında əsl insan kimi yaşayan, neft gəlirlərindən gələn vəsaitlə güzəran quran liviyalılar, indi azı 200 il geri düşərək, tayfa müharibəsində batır, aclıq və səfalətlə üz-üzə qalıblar. Eləcə də suriyalılar, misirlilər, yəmənlilər... Bu xalqları öz ənənəvi həyat tərzindən ayırıb, vətəndaş müharibəsinə, qan-qadaya sürükləyən ABŞ rəhbərliyi, bu ölkələrdən qaçıb canını qurtaran 100 minlərlə günahsız insanlardan canını qurtarmaq üçün indi də "çəpər hörür".

Əvvəlcə miqrant axınının ancaq Avropanın başına bəla olacağına görə sevinən, bununla da Avropa ölkələrini yumruğu altında saxlayacaqına əmin olan Ağ Ev, indi bu axının ABŞ-ın axırına çıxacağına görə təşviş keçirir. Həyatlarını məhv etdiyi on minlərlə insanın ABŞ-a gəlməsinin hansı dəhşətlər doğuracağını indi daha real şəkildə dərk edir rəsmi Vaşinqton. "ərəb baharı" kimi sarsaq və cinayət dolu "projenin" ağlasığmaz sonluqu artıq gün üzünə çıxır yavaş-yavaş. Ağ Evə köçən D.Tramp isə, ABŞ-ın siyasi "maskasını" corab hörüyü kimi sökür…

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə