"Milli maraqlara uyğundursa, Taliban hökuməti ilə işləmək lazımdır” RUSİYA

Əfqanıstan Rusiyadan 1 milyon barel neft almaq istəyir. SİA rus mətbuatına istinadən xəbər verir ki, Avropa Birliyi Rusiyadan neft alışını dayandırmağa çalışsa da, Əfqanıstandan Rusiyadan 1 milyon barel neft almaq istədikləri barədə açıqlama gəlib.
Əfqanıstanın sənaye və ticarət naziri Nurəddin Əzizi bildirib ki, Rusiyaya 1 milyon barel təklif etdik lakin onlar daha çox göndərə bilsələr, bizim onları da qəbul etməyimiz mümkündür.
Əfqan hökumətinin Rusiya ilə barter yolu ilə neft müqaviləsi bağlamaq istədiyini bildirən Əzizi sözlərinə belə davam edib: "Bizim üçün ən mühüm neft və qaz layihələridir. Ona görə də bu yolla bağlanacaq razılaşmanı nəzərdən keçirmək istərdik".
Qeyd edək ki, sənaye və ticarət naziri Əzizinin bu gün Moskva və Kazana səfəri gözlənilir. Bu səfərlər Əfqanıstanda Talibanın hakimiyyəti ələ keçirməsinin birinci ilinin sonuna təsadüf edir.
Bundan əvvəl Rusiyanın Qəbildəki səfiri Dmitri Jirnov Talibanla bağlı danışarkən qeyd etmişdi ki, milli maraqlara uyğundursa, Taliban hökuməti ilə işləmək lazımdır.

Xatırladaq ki, Avropanın Rusiyaya sanksiyaları davam etməkdədir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...