Ermənistanda baş verən partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb

Ermənistanın paytaxtı İrəvanda Sürmalu Ticarət Mərkəzində atəşfəşanlıq anbarında baş verən partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ermənistanda dünən atəşfəşanlıq anbarında baş verən partlayışda balans ağırlaşıb. Paytaxt İrəvanda Sürməlü Ticarət Mərkəzində atəşfəşanlıq anbarında baş verən partlayışdan sonra bölgədə aparılan axtarış-xilasetmə işləri zamanı daha 2 nəfərin cəsədi tapılıb.

Partlayışın səbəbi hələlik bəlli olmasa da, Ermənistan Baş Prokurorluğu partlayışın dəqiq səbəbini müəyyən etmək üçün rəsmi araşdırmaya başlanıldığını açıqlayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...