Rusiya xarici diplomatları göndərir

Diplomatların yeni kütləvi çıxarılması ilə Rusiya Xarici İşlər Nazirliyi Fransa və İspaniyanın gördüyü oxşar tədbirlərə cavab verdi. Diplomatik nümayəndələrdən 34-ü Parisə, 27-si Madridə gedəcək. SİA bu barədə rus saytlarına istinad edir.

Moskvanı həmçinin İtaliyanın diplomatik və konsulluq idarələrinin 24 əməkdaşı da tərk edəcək. Bu gün Smolenskaya meydanında respublika səfirinə etiraz notası təqdim olunub. Bu, aprelin əvvəlində 30 rusiyalı diplomatın ölkədən çıxarılmasına reaksiyadır.

Qeyd edək ki, bir sıra Avropa ölkələri son aylarda Rusiya diplomatik missiyasının işçilərini xeyli ixtisar edərək, bunu milli təhlükəsizliyin təmin edilməsi istəyi ilə izah ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə