Göydən düşən metallar hər kəsi qorxutdu

Göydən düşən metallar hər kəsi qorxutdu

Hindistanın Qucrat bölgəsində göydən düşən metal topları görən yerli sakinlər qorxuya düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, rayonun 3 kəndində göydən metal top şəklində əşyaların düşdüyü bildirilib. Polis xəbərlər üzərinə ərazidə araşdırmalara başlayıb. Polis rəsmilərinin verdiyi açıqlamaya görə, metal toplar qara və gümüşü rəngdədir və çəkisi təxminən 5 kiloqramdır.

Polis metal topların düşməsinin səbəbi ilə bağlı heç bir açıqlama verməyib. Ancaq ilk araşdırmalara görə metal topların bir peykin qalıqları ola biləcəyi ilə bağlı fikirlər üstünlük təşkil edir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə