Cümə namazından sonra məscidə bombalı hücum baş verdi

Əfqanıstanın paytaxtı Kabildə Xəlifə Sahib məscidinə edilən bombalı hücum nəticəsində 10 nəfərin öldüyü açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Besmullah Həbib hücumun cümə namazından iki saat sonra baş verdiyini açıqlayıb.

10 nəfərin həyatını itirdiyi, 15 nəfərin yaralandığı bombalı hücumdan sonra bölgədə araşdırmalar davam edir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə