Meyit oğrusu qurbanlarının ad gününü qorxunc ayinlərlə qeyd edirdi

Gecələr ölən qızların məzarlarını qazıb cəsədlərini çıxaran, onlara gəlincik geyindirib evdə mumiyalayan 55 yaşlı Anatoli Moskvinin sərbəst buraxıla biləcəyi açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Moskvinin evində axtarış zamanı 29 uşaq meyiti tapılıb. Azğın adam meyitləri mumiyalayıb, onlara paltar geyindirib, gəlinciklərə çevirib. Gecələr qızların qəbirlərini qazıb meyitlərini çıxaran, sonra onlara paltar geyindirib gəlinciklərə çevirən Moskvin meyitlərə makyaj da edirdi.
Yüksək təlim keçmiş meyit oğrusu ölü qurbanlarının hər birinin ad gününü yataq otağında qorxunc ayinlərlə qeyd edirdi.
Ölən uşaqların ailələri Anatoli Moskvinin köhnə vərdişinə qayıdacağından ehtiyat edərək ömrünün sonunadək həbsxanada qalmasını istəyirlər. Çünki Moskvin 10 il meyitlərlə yaşayıb.
Qurbanlarının ailələrindən üzr istəməkdən imtina edən Moskvin sevgilisi ilə evlənmək və xarici dil müəllimi işləmək istədiyini bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə