Hindistanlı qızın görünüşü hamını şoka saldı

Hindistanda 6 yaşlı qız uşağı anasının hamiləlik zamanı yaşadığı problemlər səbəbindən bədənində bəzi deformasiyalarla doğulduğu üçün bütün dünyada diqqət çəkib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu deformasiyalar üçün keçirdiyi əməliyyatdan sonra iki burunla yaşamağa başlayıb. Xüsusilə yerli əhali tərəfindən "xüsusi" kimi təsvir edilən qız kifayət qədər məşhurlaşıb. Laksimi adlı bu qız ilk başlar da uşaqlar tərəfindən qorxunc biri kimi təsvir edilsə də, qısa müddət ərzində hamının sevimlisinə çevrilib. Sonradan insanlar onun hindu tanrısı Qaneşanın renkarnasiyası olduğuna inandılar. Buna görə də yerli sakinlər qıza sərvət və firavanlıq ilahəsinin şərəfinə Lakşimi adını veriblər. Bayram günlərində uşağa pul, hədiyyə verərkən, insanlar da qız uşağının xeyir-duasını almağa gəlirlər.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə