Sarkisyanın istefası ölkədəki siyasi prosesləri alovlandıracaq - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistan prezidenti Armen Sarkisyanın istefası ölkədəki siyasi prosesləri alovlandıracaq. Onun postu adi bir post deyil, prezident postudur və prezidentin də öz məqamından istefa verməsi ölkədə siyasi proseslərə çox ciddi təsir göstəcərəkdir". Bu sözləri politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, baxsaq görərik ki, Koçaryan tərəfdarları aktivləşiblər, prezidentlik uğrunda mübarizəyə qatılmaq istəyirlər: "Digər fiqurlar var ki, bu məsələdə aktiv rol almaq istəyirlər. Əgər bir müddət bundan əvvəl Paşinyana referendum keçirib prezident üsulu idarəsinin formalaşdırmaq lazım idisə bu gün artıq bunu etməyəcək. Deyildiyi kimi Paşinyan özünə yaxın olan başqa bir şəxsi prezident postuna təqdim edəcək və bir mərhələni bu şəkildə həyata keçirmək istəyəcək. Amma düşünürəm ki, proseslər öz axarına düşəndən sonra mütləq şəkildə Paşinyan referendum keçirilməsinə çalışacaq. Prezident postu uğrunda mübarizəyə özü də qatılacaq. Çünki Paşinyanın Ermənistanda etmək istədikləri və yaxud da Ermənistan üçün etmək istədikləri hər şeyin bir mərkəzdə cəmləşməsi halında mümkündür. 2 şəxsin hakimiyyəti ilə mümkün olmayacaq, çünki prezident bir söz deyəcəyi, baş nazir bir söz deyəcəyi halda bu prosesləri həyata keçirmək mümkün olmayacaq. Bunu Paşinyan da dərk edir.

Ruslar Ermənistanı əllərində saxlamağa cəhd göstərəcəklər və təbii ki, əllərində saxlamaq üçün müxtəlif yollara əl atacaqdır. Rusiya üçün onun mənafelərinə xidmət edən bir şəxsin prezident postunda əyləşməsi vacibdir. Düşünürəm ki, Sarkisyan bu rolu yerinə yetirə bilmir. Sarkisyanın Avropa ilə əlaqələrinin daha üstün olması, müharibədən sonrakı proseslərdə Rusiyaya qarşı olması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə isti yanaşmaması kimi məsələlər Rusiyanı növbəti mərhələdə müdaxilə etməyə məcbur edəcək. Amma buna nail ola biləcəkmi? Bu şübhə altındadır. Çünki bu gün Ermənistanda Paşinyanın mövqeləri olduqca güclüdür”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...