İstanbulda güclü qar davam edir

İstanbulda həyat dayanıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, güclü qar bütün İstanbula təsir edib. Yanvarın 24-də artan qar bütün həyatı iflic edib. Türkiyə Meteorologiya Baş İdarəsi bu gün gözlənilən yağışla əlaqədar 32 şəhərə sarı və narıncı kodlu xəbərdarlıq edib. Bəs, İstanbula yağan qar nə vaxt bitəcək?Bu gün İstanbulda qar yağmağa davam edəcəkmi? İstanbulda yağan güclü qar səbəbindən həyat dayanıb. CNN Türk Meteorologiya müşaviri Orhan Şen verdiyi açıqlamada bildirib ki, qar yağışı cümə axşamı günortaya qədər fasilələrlə davam edəcək. Ümumilikdə bütün İstanbula təsir edəcək. Ən çox Boğaziçi və Anadolu yakasında güclü qar müşahidə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...