Əfqanıstanda inflyasiya sürətlə artır

Əfqanıstanın pul vahidi "Əfqani"nin dəyəri azalmaqda davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, əhalinin yarıdan çoxu ərzaq tapa bilmir. Ölkədə ağır iqtisadi böhran vəziyyəti daha da pisləşdirir, yoxsulluğu artırır. Devalvasiya artıq əfqanlara son dərəcə mənfi təsir göstərir.

Avqustun ortalarında ABŞ və NATO qoşunlarının çıxarılması və Talibanın hakimiyyətə gəlməsindən sonra ölkəyə bütün beynəlxalq dəstək fondları dayandırılıb. Beləliklə, daha çox xarici yardımdan asılı olan ölkədə böhran dərinləşib.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının məlumatına görə, Əfqanıstanda 38 milyon insanın 22,8 milyonu artıq ərzaq çatışmazlığı ilə üzləşib və ölkədə qida çatışmazlığı artmaqdadır. İnflyasiya sürətlə artır. Koronavirus pandemiyası, şiddətli quraqlıq və Taliban siyasəti çoxlarını işsiz qoyub. Valyutanın dəyərinin düşməsi ərzaq məhsullarının da bahalaşmasına səbəb olmaqla ciddi inflyasiyaya səbəb olur.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə