Londonda ciddi maska nəzarəti olub

Noyabrın 30-dan İngiltərədə ictimai nəqliyyat vasitələrində maska ​​taxmaq öhdəliyinə əməl etməyənlər cəzalandırılır. SİA xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Londonda 30 noyabr-21 dekabr tarixləri arasında metroda maska ​​taxmayan 823 nəfər 200 funt-sterlinqə qədər cərimələnib.

London Nəqliyyat Nazirliyinin açıqladığı məlumatlara görə, metrodan istifadə edən 21 min 602 nəfərə maska ​​taxmadığı üçün xəbərdarlıq edilib, 1038 sərnişinin isə ictimai nəqliyyatdan istifadəsi qadağan edilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə