İtaliyanın Milan şəhərindən Hindistanın Amritsar şəhərinə uçan sərnişin təyyarəsində koronavirus panikası yaşanıb. Təyyarədə olan körpələr və uşaqlar istisna olmaqla, 160 sərnişin Covid-19 üçün yoxlanılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, təyyarədəki 125 sərnişinin Covid-19 testi müsbət çıxıb.
Hindistan səhiyyə orqanları Covid-19 üçün müsbət test edən sərnişinlərin təcrid olunacağını açıqlasa da, hava limanının qarşısında çoxlu təcili yardım maşınları düzülüb.
Hindistanda epidemiyanın başladığı gündən bu yana 35 milyon 109 min 286 yoluxma halı qeydə alınıb, Covid-19 səbəbi ilə həyatını itirənlərin sayı isə 482 min 876 olaraq qeyd edilib.
İtaliyada Covid-19-a yoluxanların ümumi sayı 6 milyon 756 min 35 olarkən, 138 min 276 nəfərin virusdan öldüyü müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə