Hindistan yeni ilə faciə ilə girdi

Hindistanın şimalındakı Mata Vaişno Devi məbədində yeni ilə dua edərək girmək istəyən insanlar arasında izdiham yaşanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər ilkin təsbitlərə görə 12 nəfərin həyatını itirdiyini, 13 nəfərin yaralandığını bildirib. Hindistan Prezidenti Rashtrapati Bhavan sosial media hesabında Mata Vaişno Devi məbədində baş verən izdihamdan sonra insan itkisinə görə çox təəssüfləndiyini və hadisədən narahat olduğunu bildirib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə