İnsan üzünə oxşayan keçi dünyaya gəlib

Hindistanın şimal-şərqindəki Assam əyalətinin Qanqapur kəndində bir fermer, keçilərindən birinin balasını dünyaya gətirdiyini görəndə təəccüblənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 46 yaşlı Şakar Das keçi balasının üzünün insan üzünə bənzədiyini görüb.

Ciddi xəsarətlərə baxmayaraq, diri doğulan keçi balasının başı insan üzünə bənzəyən deformasiyaya uğramış, iki ön ayağı əyilmiş, iki arxa ayağı isə tam formalaşmamış idi. Lakin keçi balasının sonradan öldüyü bildirilib.

Deformasiya ilə doğulan heyvanların bədbəxtlik əlaməti olduğunu düşünən kənd sakinləri keçinin “Tanrının xəbərdarlığı” olduğuna inanırlar. Keçilərin sahibi Şakar “Qonşular evimizə axışıb. Keçi balasını görən hamı şoka düşüblər” deyib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə