Rusiyada dəyəri 400 milyon dollara yaxın olan “ghost” döyüş gəmisində baş verən yanğın, gəmini demək olar ki, yararsız hala salıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Sankt-Peterburq şəhərinin demək olar ki, hər yerindən görünən yanğında zərərin 300 milyon dolları keçdiyi bildirilib. Tikilməkdə olan “Severnaya Verf” gəmiqayırma zavodunda “Provornıy” korvetindən nəhəng alov və tüstü qalxdığını görmək olardı. Məlumata görə, döyüş gəmisi demək olar ki, tamamilə yanıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə