Avstriyada məcburi Covid-19 peyvəndi qərarı tətbiq olunur

Avstriyada məcburi peyvənd tətbiq olunur. SİA xarici mətbuata istinadən xəbər verir ki, peyvəndi gecikdirənlər 3 aydan bir 3600 avro cərimə ödəyəcəklər.

Hamilə qadınlar və səhhətinə görə peyvənd edilməli olan şəxslər peyvənd öhdəliyindən azad olunacaqlar. Məlumdur ki, Avstriyada əhalinin təxminən 68%-i Covid-19-a qarşı peyvənd olunub.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə