Hava çirkliliyi səbəbindən təhsil ocaqları bağlanıb

Hindistan hökuməti paytaxt Dehlidə havanın çirklənməsinin artması səbəbindən məktəb və universitetləri qeyri-müəyyən müddətə bağlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Dehlidə duman, sərt qadağalara baxmayaraq atəşfəşanlıqların istifadə olunduğu Divali Festivalından bu yana hələ də çəkilməyib. Bunun üzərinə Hindistan Konstitusiya Məhkəməsi əyalət hökumətlərinə və federal hökumətə tədbir görməyi tapşırıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə