Universitetə silahlı basqın olub - 5 ölü, 6 yaralı

Perm Dövlət Milli Araşdırma Universitetində (PDMAU) atışma baş verib. SİA Universitetin mətbuat xidmətinə istinadən xəbər verir ki, azı 4 nəfər yaralanıb.

Mətbuatın yazdığına görə, daha bir neçə şəxs ölüb. Tələbə və müəllimlərdən bəziləri sinif otaqlarında qapıları bağlayıb və polisin gəlişini gözləyiblər. Daha sonra hücum edən şəxsin zərərsizləşdirildiyi bildirilib.

Universitetin mətbuat xidməti isə silahlı şəxsin tutulduğunu açıqlayıb: “Saat 11 radələrində naməlum şəxs travmatik silahla Perm Universitetinin kampusu ərazisinə daxil olaraq küçəyə atəş açıb. Dörd nəfərin öldüyü məlumdur. Şəhər Polis idarəsinin və Universitetin təhlükəsizlik xidmətinin əməkdaşları hazır vəziyyətə gətiriliblər".

TASS xəbər verir ki, naməlum şəxs universitet binasına daxil olaraq odlu silahdan atəş açıb. REN TV tərəfindən yayımlanan videoda insanların binanın pəncərələrindən çölə atıldıqları görünür. Təcili yardım xidmətindəki mənbə İnterfaks-a hadisə nəticəsində ölənlər barədə məlumat verib. "112" Telegram kanalına görə, 5 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Cinayəti törədən şəxs polis tərəfindən yaxalanıb. Məlum olub ki, cinayət Perm sakini Timur Bekmansurov tərəfindən törədilib. O, hadisəni törətməmişdən əvvəl sosial şəbəkədə hərəkətlərinin səbəblərini izah etdiyi bir videorolik yerləşdirib. Videodan görünür ki, hadisə terror aktı deyil. Atəş açan şəxs ekstremist təşkilatların üzvü olmayıb, dindar və siyasətçi də deyil. Planları haqqında heç kimə danışmayıb. Bekmansurov mağazadan necə silah aldığını və hücum hədəfini seçdiyini izah edir. Əvvəlcə özünün əvvəllər oxuduğu məktəbinə atəş açmaq niyyətində oldub. Sonra hüquq təhsili almaq istədiyi Universiteti hədəf seçib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...