Əfqanıstanın partlayış olub, ölənlər var

Əfqanıstanın Nanqarhar əyalətinin Cəlalabad şəhərində partlayış baş verib. SİA bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Partlayış nəticəsində iki mülki şəxs həlak olub, "Taliban"ın bir nümayəndəsi yaralanıb.

Hadisə bu gün səhər saatlarında avtovağzal ərazisində baş verib.

Bir gün əvvəl Cəlalabadda baş verən partlayış nəticəsində azı 3 nəfərin ölüb, 19 nəfərin yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə