Əfqanıstanda xidmət edən ingilis ordusunun xüsusi birliyinin SAS əsgərləri həyatlarını xilas etmək üçün inanılmaz bir üsula əl atıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Taliban qüvvələri üçün açıq bir hədəf olmamaq üçün formalarını hərbi bazalarda qoyan ingilis əsgərləri, fərq edilməmək üçün niqab taxıb. Hava limanına çatmaq üçün Taliban tərəfindən maneə törədilmiş uzun bir yolu keçmək məcburiyyətində qalan 20-yə yaxın SAS əsgəri qadın kimi gizlənərək yollarını tapıb. Ölkənin cənub bölgəsində xüsusi təyinatlı əsgərlərin, taksi parkında Taliban qüvvələri tərəfindən qurulan barrikadaları keçərək yüzlərlə kilometr yol qət etdikləri müəyyən edilib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə