Xalq azğın uşaq qatilinin yanında durdu

Rusiyada qızı da daxil olmaqla bir çox uşağa təcavüz etdiyini öyrəndiyi dostunu öldürən ataya xalq qayğı göstərib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiyada öz qızı və digər uşaqlarını cinsi istismar edən dostunu öldürən Vyaçeslav M. (34) cəzalandırılmaması üçün xalq tərəfindən bir kampaniya başladılıb. Buna görə, Vyaçeslav M. bir axşam dostu Oleq Sviridovla (32) içki içərkən telefonunda uşaq zorakılığı görüntüləri ilə qarşılaşıb. Görüntülər arasında Vyaçeslav M-in səkkiz yaşlı qızı da vardı.

QƏHRƏMAN ELAN EDİLDİ

Vyaçeslav polisə xəbər vermək əvəzinə Sviridovu bıçaqlayaraq öldürüb. Sviridovun cəsədi yaşadığı Vintai şəhəri yaxınlığında tapılıb. Polis, Sviridovun telefonunda çoxsaylı uşaq istismarı görüntülərinin olduğunu təsdiqləyib. Vyaçeslav M. ölkədə "qəhrəman" elan edilib. İndi Rusiyada ictimaiyyət və media hakimiyyəti Vyaçeslav M-ni cəzalandırmamağa çağırır. Ölkənin ən məşhur jurnalistlərindən Kseniya Sobçak da kampaniyaya dəstək verib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə