“Talibana silah vermək fikrimiz yoxdur” - RUSİYA

Rusiyanın Kabildəki səfiri Dmitriy Jirnov Talibanın Əfqanıstanda quracağı yeni hökumətin mümkün üzvləri ilə təmasda olduqlarını söyləyib. SİA xəbər verir ki, Rusiyanın Kabildəki səfiri Jirnov ”Sputnik” xəbər agentliyinə bildirib ki, "yüksək səviyyəli nümayəndələr də daxil olmaqla, Talibanla əlaqələrimiz var. Anladığımız qədər, təmasda olduğumuz insanlar arasında yeni hökumətdə iştirak edəcək insanlar var". Taliban nümayəndələri ilə əlaqə saxladıqları məsələlərlə əlaqədar Jirnov bunları deyib: “Onlarla, hər şeydən əvvəl, səfirliyimizin və işçilərimizin təhlükəsizliyi ilə əlaqə saxlayırıq. Rusiya vətəndaşlarının təxliyəsi üçün koordinasiya təmin edirik. Taliban bu məsələlərdə bizə kömək etdi. Əfqanıstandakı Taliban rəhbərliyinə silah vermək fikrimiz yoxdur. Rusiya səfiri bir sual üzərinə Əfqanıstanda yeni rəhbərliyə silah verməyi planlaşdırmadıqlarını bildirdi. Yeni Əfqanıstan hökumətinə Taliban yaradanlardan Molla Əbdülqani Baradarın rəhbərlik edəcəyi düşünülür. Taliban daxilindəki mənbələr “RİA Novosti”yə açıqlamalarında bu istiqamətdə açıqlamalar verdilər. Talibanın tezliklə hökumətdə iştirak edəcək insanları açıqlayacağı gözlənilir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə