Əfqanıstanda daxili uçuşlar bərpa olur

Əfqanıstanın paytaxtı Kabildə Həmid Karzai Beynəlxalq Hava Limanında daxili uçuşlar bərpa olunur. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ilk daxili uçuş sentyabrın 4 -də Talibanın nəzarətində olan hava limanından həyata keçiriləcək. İlk uçuş üçün abadlıq işlərinin aparıldığı hava limanında təyyarənin hara gedəcəyi bəlli olmasa da, marşrutun Herat və ya Mezar-i Şərif ola biləcəyi bildirilib. Evuakasiya prosesində ölkədən çıxan əfqanların əşyaları çıxarılır. Onlarla işçi hava limanının uçuş-enmə zolağını, terminalını və sərnişin gözləmə sahələrini yenidən düzəldir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə