"Danışıqlarda vasitəçi kimi çıxış etməyi düşünmürük" - LAVROV

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əfqanıstanda baş verənləri dəyərləndirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Talibanın ələ keçirə bilmədiyi yeganə nöqtə olan və müqavimətin qalası olaraq göstərilən Penjshirə diqqət çəkən Lavrov deyib: "Bu mövzuda danışıqlarda vasitəçi kimi çıxış etməyi düşünmürük. Heç kim də vasitəçilik etmir. Hamı Talibanla etnik və siyasi qrupların nümayəndələri arasında razılaşmanın tərəfdarıdır. Qərb ölkələri, Çin və Mərkəzi Asiya ölkələri də bu istiqamətdə siqnallar göndərirlər".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə