Taliban rusların təhlükəsizliyinə zəmanət verdi PESKOV

Kremlin sözçüsü Dmitri Peskov Talibanın rus diplomatların təhlükəsizliyi üçün zəmanətləri verdiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu suallarla bağlı jurnalistlərə Peskov cavab verib: “Taliban diplomatlarımız üçün müəyyən təhlükəsizlik zəmanətləri verib. Hələlik verilən bütün zəmanətlərə hörmət edilir, hamısı yerinə yetirilir".

Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinə Əfqanıstanda baş verənlərlə bağlı mütəmadi olaraq məlumat verilir: "Belə əhəmiyyətli bir mövzu ilə bağlı gündə bir dəfədən çox hesabat verilir".

Peskov son bir neçə həftə ərzində Putinin hər gün bir sıra telefon zəngləri etdiyini və bu müddət ərzində Əfqanıstanda baş verənlərlə bağlı fikirlərini bölüşdüyünü söyləyib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə