Taliban hökuməti iki günə quracaq

Əfqanıstanda yeni hökumət 2 gün ərzində açıqlana bilər. SİA-nın xarici mətbuata əsasən verdiyi xəbərə görə, Taliban sözçüsü Şer Muhammed Abbas Stanikzai, nazirlər haqqında mətbuata açıqlama verib.Taliban qruplaşmasının sözçüsü Stanikzai bildirib ki, "əhatəli" bir hökumət quracağıq.

Stanikzai yeni idarədə qadınların da olacağını, ancaq hökumətdə qadın nazir olmayacağını açıqlayıb. Taliban sözçüsü, ABŞ-ın dəstəklədiyi keçmiş hökumətdə xidmət edən qadınların yeni rəhbərliyə daxil olmayacağını söyləyib. "Qadın haqlarının” Taliban liderləri əvvəlki ifadələrində şəriət qaydalarına riayət etdikləri təqdirdə qadın hüquqlarına hörmət edəcəklərini bildirmişlər. Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası, Əfqanıstanda hərtərəfli və qadınların tam və bərabər iştirak edəcəyi yeni bir hökumət qurmaq üçün Talibanla danışıqlara çağırılıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə