ABŞ ilə yaxşı münasibətlər qurmaq istəyirik TALİBAN

ABŞ qüvvələrini Əfqanıstandan tamamilə çıxardıqdan sonra Talibanın Əfqanıstanın hakimiyyətinə keçməsini qələbə kimi xarakterizə etdi. SİA xəbər veri ki, Taliban bunun qarşılığında belə bəyanat verdi ki, ABŞ ilə yaxşı əlaqələr qurmaq istəyirik.

ABŞ -ın Əfqanıstandan çəkilməsindən sonra açıqlama verən Talibanın rəsmi nümayəndəsi Zabihullah Mücahid bildirdi: "Bu qələbə bizimdir. Talibanın ABŞ -la yaxşı diplomatik əlaqələr qurmasını istəyir. ABŞ və dünya ilə yaxşı əlaqələr qurmaq istəyirik. Hamısı ilə yaxşı diplomatik əlaqələrə açığıq".
Xatırladaq ki, Taliban rəsmiləri ABŞ-ın geri çəkilməsindən sonra Kabildəki hava limanında simvolik bir yürüş keçirdi.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə