Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün toplanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, görüşdə ABŞ-ın geri çəkilməsindən sonra Əfqanıstanı tərk etmək istəyənlər üçün Kabul hava limanında "təhlükəsiz tranzit" zonasının yaradılması qərara alınıb. Toplantıda keçirilən səsvermədə 13 "lehinə" səs verilib, Çin və Rusiya bitərəf qalıb. Şuranın qərarında Əfqanıstan ərazisinin başqa bir ölkəni təhdid etmək və ya terror qruplarına ev sahibliyi etmək üçün istifadə edilməməsi də tələb olunur. BMT-nin qətnaməsinin qəbul edilməsindən sonra, BMT-nin İnsan Haqları İzləmə Təşkilatının direktoru Louis Charbonneau, Talibanı insan haqlarını qorumağa çağıran bir bəyanat yayaraq, digər ölkələri "sığınacaq iddialarını sürətlə işlətmək və risk altında olan əfqanlara viza verməklə üzərinə düşəni etməyə" çağırıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə