Hər kəsi təəccübləndirən oğurluq

İranın paytaxtı Tehranda yeni növ koronavirus (Covid-19) peyvəndi daşıyan avtomobilə hücum edən oğruların 300 doz peyvənd oğurladığı bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Covid-19 peyvəndi daşıyan avtomobilə Səhiyyə Nazirliyinin Yaftabad bölgəsindəki anbarından çıxdıqdan sonra hücum edilib. Təcavüzkarlar, avtomobilin sürücüsünü zədələdikdən sonra 300 doz Covid-19 peyvəndi oğurladılar. Peyvəndlərin oğurlandığı xəbərləri Tehran Polis Şefi Hüseyn Rahimi və Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Direktoru Kiyanuş Cihanpur tərəfindən də təsdiqlənib. Polis rəisi Rahimi oğruları tutmaq üçün səylərin davam etdiyini bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə