"Nəcib millətimiz üçün qürur mənbəyi olmusan"

Türkiyə Milli müdafiə naziri Hulusi Akar, Kabuldan qayıdan əsgərlərin qarşılanma mərasimində əhəmiyyətli açıqlamalar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, nazir Akar açıqlamalarında belə deyib: "Qlobal və regional miqyasda dünya sülhünə töhfə verən Türk Silahlı Qüvvələri hörmətlə missiyasını qoruyur. İndiyə qədər Əfqanıstanda mühüm missiyalar yerinə yetirib. 2014-cü ildən bəri Kabul Hava Limanı etibarlı şəkildə qorunur. Bu vəzifələr zamanı TSK-dan təxminən 20 min əsgərimiz Əfqanıstanda xidmət edib. Mehmetçik milli və vətənpərvərlik borcunu yerinə yetirərək Əfqan xalqının sevgisini qazanıb".

Nazir əsgərlərə üzünü tutaraq bunları deyib: "Mehmetçik, zəhməti və qəhrəmanlığı ilə ətraf mühitə həmişə nümunə göstərmisən və nəcib millətimiz üçün qürur mənbəyi olmusan" .

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə